Menu
Geri İrəli

Azərbaycan bəstəkarının Kanada konserti – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

1445895884304411617-1000x669

Kanadanın Toronto şəhərində Azərbaycanın Xalq Artisti, dünya şöhrətli bəstəkar, görkəmli pianoçu Firəngiz Əlizadənin ikigünlük konserti keçirilib.

“Oyan!” adlı konsert Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teatrı”nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, Ağaxan Muzeyinin və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev Firəngiz Əlizadəyə təşəkkür diplomu təqdim edib.

Konsertdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

İki gün davam edən konserti ümumilikdə 200 nəfərə yaxın tamaşaçı izləyib.

1445895884835214180-1000x669

14458958842985627893_1000x669 14458958846010850558-1000x669 14458958853537213616-1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın