Menu
Geri İrəli

Əcnəbi jurnalistlər Qubada

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

ffff

Azərbaycanda səfərdə olan jurnalist nümayəndə heyəti səfər çərçivəsində Quba şəhərinə səfər ediblər.

Qubaya səfər zamanı jurnalistlər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub, soyqırım haqqında ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Daha sonra jurnalistlər “Şeş Qəmbər” dağ yəhudilərinin sinaqoqu ilə də tanış olublar. Dağ yəhudiləri dini icmasının sədri qonaqlara geniş məlumat verib. Onu da əlavə edib ki, Bakıdakı dağ yəhudilərinin sinaqoqundan fərqli olaraq buradakı sinaqoqlarda qadınlar üçün ibadət yeri yoxdur. “Qırmızı Qəsəbə”də qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Sinaqoqun nəzdində peşə məktəbi də var. Gənclər könüllü olaraq gəlib yəhudi adətini, dinini öyrənirlər.

Əcnəbi jurnalistlər Qubada -  Fotolar
Əcnəbi jurnalistlər Qubada -  Fotolar
Əcnəbi jurnalistlər Qubada -  Fotolar
Əcnəbi jurnalistlər Qubada -  Fotolar
Əcnəbi jurnalistlər Qubada -  Fotolar
Əcnəbi jurnalistlər Qubada -  Fotolar
Əcnəbi jurnalistlər Qubada -  Fotolar

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın