Menu
Geri İrəli

Əli Nağıyevin hüquqşünas qızı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2015 • Baxış sayı: 1,114 dəfə • Şərh yoxdur
Share Button

1

Nağıyeva hazırda müəllimə işləyir.

 

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə…

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da…

 

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…

 

Oxu.Az xəbər verir ki, Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

 

Satın budəfəki təqdimatı keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevin qızı barəsindədir.

 

 

O Əli Nağıyev ki, hakim Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biri olmaqla uzun müddət mərhum eks-prezident Heydər Əliyevə ən yaxın məmurlar sırasında 1-ci dayanıb.

 

Vaxtilə Yeni Azərbaycan Partiyasının ən nüfuzlu liderlərindən  sayılan Ə.Nağıyev Heydər Əliyevin zamanında YAP-da ikinci şəxsi-sədr müavini idi. Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə gəl­mə­sin­də, YAP-ın qu­rul­ma­sın­da mü­hüm xid­mət­lə­ri olan Əli Na­ğı­ye­v ha­kim ko­man­da­da iddialı fiqur sayılırdı. Bəzi məlumatlara görə, hakim komandada Əli Nağıyevi istəməyən bir sıra yüksək çinli məmurlar İlham Əliyev prezident seçiləndən sonra onun “vurulması”na çalışırdılar və buna nail ola bildilər.

 

Prezident İlham Əliyev hakimiyyətə gələndən bir neçə il sonra – 2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad etdi.

 

2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixində isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı.

 

Diplomatik işdən geri çağrılan sabiq nazir indi sərəncamdadır və onun yenidən hansısa vəzifəyə təyin olunub-olunmayacağı məlum deyil.

 

Bəzi məlumatlara görə, Ə.Nağıyev səfirlikdən geri çağırılandan sonra ona Milli Məclis aparatında ortabab bir vəzifə təklif olunub, amma eks-nazir bundan imtina edib.
Vaxtilə YAP-ı quranlardan olan Ə.Nağıyev 2006-2011-ci illərdə Azərbaycanın Belarusdakı səfiri vəzifəsində çalışarkən “Diplomatik xidmət haqqında” qanuna müvafiq olaraq, hakim partiya sıralarından da kənarda qalmışdı.

 

Yeni Azərbaycan Partiyası 2012-ci ildə onun ərizəsinə baxaraq yenidən öz sıralarına bərpa pdib. Amma Ə.Nağıyev partiyanın mühüm işlərində kənarda qalır.
O, hazırda işsizdir. Modern.az-a müsahibəsində eks-nazir vaxtını ailəsilə, kitab oxumaqla, musiqiyə qulaq asmaq və üzgüçülüklə məşğul olmaqla keçirdiyini söyləyib. “Hər gün 500 metr üzürəm. Ayda bir-iki dəfə Azərbaycanın rayonlarına gedirəm. Düşünürəm ki, xarab adamla oturub vaxtımı niyə boş yerə xərcləməliyəm?! Kimlə oturursan, 10 dəqiqədən sonra bazar söhbətinə keçir. Ona görə də bu cür maraqlı məşğuliyyətlərlə vaxtımı keçirirəm. İşə gəlincə, yəqin ki, bir iş tapıb məşğul olaram”-deyə o, bildirib.

 

Qeyd edək ki, Əli Nağıyevin iki övladı var. Onun həm qızı, həm də oğlu Moskva Beynəlxalq Münasibətlər Universitetini qurtarıblar. Qızı Moskvada, oğlu Bakıda yaşayır.

 

 

Eks-nazirin qəzə Əminə Nağıyeva 2003-cü ildə Rusiya XİN-i yanında Beynəlxalq Münasibətlər İnstitutunun (MBMİ) Beynəlxalq hüquq fakultəsinin beynəlxal ictimai hüquq bölməsinə daxil olub. 2008-ci ildə həmin bölməni hüquqşünas ixtisası üzrə bitirib və xarici dilləri (fransız, ingilis) bilən beynəlxalq hüquqşünas kimi kvalifikasiya alıb.

 

Əminə Nağıyeva 2009-cu ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının aspiranturasına daxil olub. 2012-ci ilin martında “Beynəlxalq hüquq. Avropa hüququ” ixtisası üzrə elmi dərəcə almaq üçün “MDB-yə üzv dövlətlərin ərazisində beynəlxalq regional təşkilatların hüquqi statusu” mövzusunda dissertasiya müdafiə edib.
Ə.Nağıyeva 2012-ci ilin sentyabrında Rusiya XİN-i yanında Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının müəllimi vəzifəsinə qəbul edilib. Diplomatik və konsul hüquqü üzrə ixtisaslaşan xanım Nağıyeva hazırda MBMİ-nin Beynəlxalq hüquq kafedrasında müəllim işləyir, hüquq elməli namizədir.
Evlidir, bir oğlu var.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın