Menu
Geri İrəli

Məktub – Leyla Əiyeva

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2014 • Baxış sayı: 571 dəfə • Şərh yoxdur
Share Button

leyla_yeni_sekil_i_30_110540309

Leyla Əliyeva
<p”>Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.
“Məktub” adlı həmin şeiri ixtiyarınıza veririk.

(Письмо) <p”>

Mən məktub yazmamışam,
Sənə bircə kərə də;
Hisslər yığılıb qalıb
Qəlbin dərinliyində…
Çəkinmişəm, qorxmuşam, -
Bilirsən nəyə görə? –
Layiqli söz tapmıram,
Ürəyin sözlüyündə.

Dünyada milyon söz var,
Nə olsun ki – çifayda..!
Hissləri çatdırmağa
Bunlar yetmir haraya…
Sükuta tapınıram,
O da mənim ruhuma…
Ruhumdakı duyğular
Uçub yetişir ona…

Sən hər şeyi eşidir,
Anlayırsan, bilirsən.
Aydın, təmiz səmada,
Yağışı özləyirsən.
Oxuyursan qəlbimi
Kitab oxuyan kimi;
Günəş səndən pay alıb
Düzür şəfəqlərini…

Hiss edirsən sən həmən,
Əsən, coşan Xəzrini
Divarın o tayına,
Qısılan gizlinləri.
Sinə gərirsən hətta,
Nəhəng aysberqlərə,
Buraxırsan geridə,
Buz qıran gəmiləri.

Zülmətdə bütün şamlar
Əriyib muma dönsə;
Ulduzlar işıq salar –
Bu əngin asimandan…
Gecədir, yuxudayam –
Köhnə görüş yerində…
Bir görüşün xətrinə
Yataram lap yüz il də…

Yenə gecə yarıdır,
Gerçəklik zilə çıxır,
Güzgülər də sayrışmır,
Əksim – aydın səmadır…
Yenə gecə! – Onunla
tənha deyiləm, bəli..!
Yanımda olmasan da –
Yadımdasan, ay dəli..!

Tök daşı ətəyindən
Fəth elə zirvələri,
Keç çayları, dənizləri,
Sahil öpən ləpələri,
“Əngin, atlas ovaları”,
Ucsuz-bucaqsız düzləri.
Haydı, gəl! Yolda qoyma
Vüsala həsrət gözləri..

Bəs niyə ağlayırsan? -
Buna səbəb görmürəm. -
Xahiş etmə, əbədi
Sənin ola bilmərəm…
Ömür-gün yoldaşı tək
Qarımaq istəmirəm.
Əbədiyyət şəlalə -,
Onu ram edəmmirəm…

Mən məktub yazmamışam
Sənə heç bir kərə də.
Axır ki, qərar verdim –
Məktub yazacam – deyə
Lüğəti varaqladım,
Kasad göründü mənə.
Bircə “SEVİRƏM” sözü
Bəs etdi hislərimə…
Qanad verdi naməmə…

Ruscadan çevirəni: Mahir QABİLOĞLU

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın