Menu
Geri İrəli

Sumqayıt Dram Teatrında “Qocanı öldürməliyik” pyesi tamaşaya hazırlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2013 • Baxış sayı: 434 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Musiqili Dram teatrında Xalq artisti Svetlana Həkimovanın tərcüməsi əsasında Con Patrikin “Qocanı öldürməliyik” pyesinin məşqləri gedir.

Teatrdan SalamNews-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, qurluşçu rəssam Elena Karpenko, geyim üzrə rəssam Serqey Karpenko Serqey (hər üçü Ukraynadan dəvət olunub) bəstəkar Telman Qəniyevdir.

Əsas rolları Əməkdar artist İzaməddin Bağırov, İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, Yalçın Səlimov və başqaları ifa edirlər.

Dövlət sifarişi ilə hazırlanan tamaşanın teatr mövsümünün sonunadək təhvil verilməsi nəzərdə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın