Menu
Geri İrəli

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2017 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur
Share Button
Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyində “Ölkəmizi tanıyaq” devizi altında tədbir keçirilib. Zəngilan məktəblilərinin iştirak etdiyi tədbirdə Zəngilan rayonunun tarixi, etnoqrafiyası və muzeydə əks olunan eksponatlar haqqında geniş məlumat verilib.
Sumqayıt şəhər Corat qəsəbə mədəniyyət evinin kollektivi müharibə veteranları ilə birlikdə N saylı hərbi hissədə keçirilən andiçmə mərasimində konsert proqramı ilə çıxış edib. Konsertdə müqənnilər Ramella Rəvan, Nurlan Nəcəfli, Qüdrətli Aynurun ifasında səslənən mahnılar əsgərlər tərəfindən alqışlarla qarşılanıb. C.Cabbarlı adına mədəniyyət evində Uşaq Hüquqları aylığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı məruzələrdən sonra “Turan” milli rəqs qrupunun ifasında rəqs və solo tarda Ramil Əfəndiyevin ifasında musiqi nömrələri təqdim olunub. M.Ə.Rəsulzadə adına kitabxana filialda S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi ilə birgə 17 Noyabr Dirçəliş Gününə həsr olunmuş “Xalqın oyanış günü” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Milli Dirçəliş günü haqqında oxuculara geniş məlumat veriliib, onların mövzu haqqında fikirləri dinlənilib.
Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər, canlı musiqilər ifa olunub. S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi uşaqların asudə vaxtının təşkili və mütaliəyə marağın artırılması məqsədilə Nako Edu Klub Tədris Mərkəzinin məktəbəqədər qrupu ilə birlikdə “Kitabxanaya gedirik, kitabla dost olmağa” adlı səhərcik keçirilib. Tədbirdə uşaqlara “Sehrli torba” nağılı ucadan oxunub, “Tıq-tıq xanım” cizgi filmi nümayiş etdirilib. Daha sonra uşaqlar Sabir Sarvan adına Uşaq Poeziya Klubunun üzvlərinin Məmməd Namazın “Analar və balalar” nağılı əsasında hazırladığı səhnəciyi maraqla izləyiblər. 2-ci sinif şagirdləri ilə birlikdə keçirilən “Nağıl kitabından gələn qəhrəmanlarımız” adlı nağıl saatı da uşaqlar tərəfindən maraqla qarşılanıb. Belə ki, Sabir Sarvan adına Uşaq Poeziya Klubunun üzvlərinin hazırladığı Tıq-tıq xanım, Göyçək Fatma, Tülkü, Hörümçək adam, Sehrbaz kimi nağıl personajlarının uşaqlarla ünsiyyəti, “Göyçək Fatma”nın atalar sözləri, “Tülkü”nün tapmacaları, “Tıq-tıq xanım”ın oxuduqu “Dost dosta tən gərək” nağılı, Sehrbazın nümayiş etdirdiyi sehrli oyunları uşaqların böyük marağına səbəb oldub.
Tədbirin sonunda Nako Tədris Mərkəzinin müdiri Nargilə Bədəlova körpələrə maraqlı bir gün yaşatdıqlarına görə uşaq şöbəsinin əməkdaşlarına öz təşəkkürünü bildirib.
1510834451_28 1510834459_26 1510834497_23 1510834506_21
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın