Menu
Geri İrəli

Sumqayıt teatrı Türkiyədə VII “İnadına” festivalında

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2015 • Baxış sayı: 509 dəfə • Şərh yoxdur

sumqayit_dram_teatriHüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Türkiyənin Menemen bələdiyyəsinin təşkil etdiyi VII “İnadına” teatr festivalında iştirak edir.

Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, festivalda Azərbaycanı təmsil edəcək teatr Əziz Nesinin “Öldür məni, can-ciyər” tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşada əməkdar artistlərdən Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərov rol alıblar.

Qeyd edək ki, festival çərçivəsində tamaşa aprelin 16-da oynanılacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın