Menu
Geri İrəli

Sumqayıt teatrından uşaqlar üçün yeni tamaşa

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2017 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı aprel ayı üçün nəzərdə tutulan repertuara yeni bir tamaşanı da əlavə edib. Belə ki, ötən həftə Abdulla Şaiqin “Tülkü həccə gedir” alleqorik nağılı əsasında rejissor Vasif Məmmədovun səhnələşdirdiyi “Əhmədin vəfalı dostu” tamaşasına daxili baxışı olub.

Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İslam Həsənov AZƏRTAC –a bildirib ki, aprelin 2-də tamaşanın premyerası keçirilib.

Aktyorlar Yalçın Səlimov, İradə Zeynalova, Habil Xanlarov, Şəhla Məmmədova, Ceyhun Məhərrəmov və Kifayət Burziyevanın maraqlı oyun tərzi maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşada teatr studiyasının tələbələrindən Etibar Əmirov, Günəş Bağırova və Firuzə Şərifova oynadığı rolların öhdəsindən məharətlə gəliblər.

Tamaşaçılar yeni uşaq tamaşasını aprelin 22-23–də müxtəlif saatlarda izləyə biləcəklər.

14912277003882455272_1000x669 14912277004770122640_1000x669 1491227700920121909_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın