Menu
Geri İrəli

Sumqayıt teatrının keçmiş baş rejisoru vəfat edib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2016 • Baxış sayı: 779 dəfə • Şərh yoxdur

yusif_alekberov_041016Uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərov vəfat edib.

Bu barədə Trend-ə teatrın mətbuat xidmətindən məlumat verilib.

Y.Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakı şəhərində anadan olub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirib və həmin il C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu-rejissor vəzifəsinə təyin olunub. Orada N. Hikmətin “Kor Padşah”, Ə. Kürçaylının “Qoruqlar” əsərini səhnələşdirib. Hərbi xidmətdən sonra, 1974-cü ildə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına quruluşçu-rejissor təyin olunub. 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib.

Y.Əkbərov Sumqayıt teatrında “Əsrə bərabər gün”, “Bəxt üzüyü”, “Qınamayın məni”, “Qaravəlli”, “Bağdada putyovka var” tamaşalarına quruluş verib.

Prezident mükafatçısı idi, 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin“Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın