Menu
Geri İrəli

Sumqayıtda gənc rəssamlar “Rənglərin dili ilə” danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2013 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Rənglərin dili ilə” gənc rəssamlara dəstək layihəsi çərçivəsində gənc rəssamların sərgisi keçirilib.

Sərgidə Şəhər İcra hakimiyyətinin nümayəndələri, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov, Sumqayıt şəhər Gənclər və İdman Baş Idarəsinin rəisi Musa Həsənov, şəhərin tanınmış, eləcə də gənc rəssamları, o cümlədən jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihənin icraçısı Vüsal Məmmədov bildirib ki, layihə iki istiqaməti əhatə edir. Birinci istiqamət gənc rəssamların sərgisinin təşkili, ikinci istiqamət isə həmin rəssamların əsərlərinin və bioqrafiyalarının toplnadığ nəfis dərginin çapını nəzərdə tutur. Tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsini ölkəmizdə mədəniyyətə, eyni zamanda gənclərə olan diqqətin nəticəsidir.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

Qeyd edək ki, layihənin məqsədi gənc rəssamların istedadlarının üzə çıxarılması, onların yaradıcılıqlarının ictimailəşdirilərək stimullaşdırılması və rəssamlıq sənətinin inkişafına fayda verməkdir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın