Menu
Geri İrəli

Sumqayıtda general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2015 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Bülbül adına uşaq incəsənət məktəbində general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə tədbir keçirilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə görkəmli sərkərdənin həyatı və fəaliyyəti haqqında geniş məruzə edilib. Daha sonra məktəbin müəllim və şagird kollektivlərinin ifasında konsert proqramı təqdim edilib.

Konsertdə məktəbin fortepiano, nağaraçalanlar, skripkaçlar ansambllarının, rəqs və xor kollektivlərinin uğurlu çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə həmçinin, şagirdlərin ifasında muğam və təsniflər, eləcə də, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət solo ifalar da dinlənilib.

1450360177_12381190_1535750516744762_732603844_o 1450360236_1061264_1535750406744773_1162247385_o 1450360293_12375189_1535750736744740_6429717800342270023_o

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın