Menu
Geri İrəli

Sumqayıtda həvəskar rəssamın fərdi sərgisi açılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2015 • Baxış sayı: 444 dəfə • Şərh yoxdur

14285117172314347782_750x500Sumqayıt Dövlət Rəsm Qalereyasında həvəskar rəssam Sara Fətullayevanını “Rənglərin dili ilə” adlı fərdi sərgisinin açılışı keçirilib. Sərgidə rəssamın 20-dək rəsm əsəri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova açılış mərasimində çıxış edərək, sərgini keçirməkdə əsas məqsədin gənc nəslin incəsənətə marağını artırmaqdan və Azərbaycanda yetişməkdə olan gənc rəssamları tanıtdırmaqdan ibarət olduğunu bildirib.
Sonra “Dostluq” mədəniyyət evində fəaliyyət göstərən Vüqar Cəfərovun rəhbərliyi ilə “Şahinlər” rəqs qrupu, respublika muğam müsabiqəsinin qalibi Qurban Həsənov və saz ifaçısı Səbinə Hüseynova çıxış ediblər.
Həvəskar rəssam Sara Fətullayevanın “Rənglərin dili ilə” adlı fərdi sərgisi aprelin sonunadək davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın