Menu
Geri İrəli

Sumqayıtda mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 482 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsində mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə edilmişdir. Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək fəaliyyətindən narazı olduğu müəssisələrə iradlarını bildirmiş, problemlərin tez bir zamanda həlli istiqamətində müəyyən tapşırıqlar vermişdir. O, çıxışı zamanı fəaliyyətindən razı qaldığı müəssisələr haqqında da fikrini bildirərək, xüsusilə Q.Qarayev adına Uşaq Musiqi məktəbinin, Bülbül adına Uşaq incəsənət məktəbinin və S.Vurğun adına Mərkəzi kitabxana başda olmaqla şəhər kitabxanalının fəaliyyətindən razılığını bildirib.
Mehman Şükürov çıxışı zamanı Ə.Kərim adına Poeziya klubu və AYB Sumqayıt bölməsinin birgə fəaliyyətinin, mədəniyyət müəssisələrinin QHT-lərlə əlaqəsinin vacibliyini vurğulayaraq bununla əlaqədar təkliflərini verib.
Eyni zamanda müşavirədə müsabiqələrin, konkursların təşkili, mədəniyyət müəssisələrinin bədii rəhbərləri ilə, sumayıtlı rəssamlarla görüş və s. məsələlər müzakirə edilib.

12241257_1525866214399859_8793172887517696731_n 11234867_1525866261066521_6671713369913718468_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın