Menu
Geri İrəli

Sumqayıtda Zahid Xəlilin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur

b568a5732b5eSumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında “Bir kitabxana- Bir yazıçı” layihəsi çərçivəsində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Bildirilib ki, çoxlu mənzum nağıl, poema, nəğmə mətnləri, yanıltmac və tapmacalar müəllifi kimi tanınan Zahid Xəlilin kitabları Moskvada, Sloveniyada, Fransada, Almaniyada və başqa xarici ölkələrdə çap olunaraq yayılıb.
Daha sonra tədbirdə oxucuların ifasında müəllifin heyvanlar haqqında yazılmış şeirləri səslənib, “Qaraqulaq ağ küçük” nağılı əsasında kitabxana işçilərinin tərəfindən səhnələşdirilmiş kukla tamaşası nümayiş etdirilib.
Sonda Zahid Xəlil yaradıcılığına həsr olunmuş “Uşaqların yaxın dostu – Zahid Xəlil ” adlı kitab sərgisi haqqında qısa xülasə verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın