Menu
Geri İrəli

Sumqayıtın qızlardan ibarət rəqs qrupu əsgərlərlə birlikdə müsabiqəyə qatılıb-FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2016 • Baxış sayı: 596 dəfə • Şərh yoxdur

1473226167_14287513_1681909882128824_2099904392_nYaxın günlərdə ölkənin hərbi hissələrində əsgərlər arasında özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətindən sumqayitxeber.com-a verilən məlumata görə, müsabiqədə mədəniyyət və incəsənət sahəsində istedadlı olan əsgərlər iştirak edib.
Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs kollektivi rəqs nömrələrinin qurulmasında əsgərlərimizə yaxından kömək edib. Kollektivin qızlardan ibarət heyəti müsabiqəyə rəqqas əsgərlərlə birgə qatılıb. Kollektivin əsgərlərlə birgə uğurlu çıxışı  böyük maraq doğurub və alqışlarla qarşılanıb.
Sonda kollektiv hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib.

Sumqayıtın qızlardan ibarət rəqs qrupu əsgərlərlə birlikdə müsabiqəyə qatılıb-FOTO

Sumqayıtın qızlardan ibarət rəqs qrupu əsgərlərlə birlikdə müsabiqəyə qatılıb-FOTO

Sumqayıtın qızlardan ibarət rəqs qrupu əsgərlərlə birlikdə müsabiqəyə qatılıb-FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın