Menu
Geri İrəli

Sumqayıtlı aktrisa: “Məleykə çox zülm çəkir…”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2013 • Baxış sayı: 581 dəfə • 1 şərh

Sumqayıt Dram Teatrının aktrisası Xatirə Süleymanova “Həyat varsa” serialında çəkilib. Aktrisa filmdəki rolu haqda fikirlərini Milli.Az ilə bölüşüb:

“Bu yaxınlarda “Həyat varsa” serialının “Analıq” adlı bölümündə çəkildim. Serialın rejissoru Naci Çelik Berksoydur. Serialdakı rolum Məleykə adlı bir qadındır. O, atası tərəfindən sevmədiyi bir insana ərə verilir. Həyat yoldaşı dünyasını dəyişir, 4 uşaq anası olan Məleykə çox zülm çəkir. O, həm də çox cavandır. Cavan vaxtı sevdiyi bir insan onun qarşısına çıxır. O, qadını seçim qarşısında qoyur. Məleykə isə seçim qarşısında qalaraq uşaqlarını atıb, sevdiyi bir insana qoşularaq qaçır. Film çox təsiredici bir səhnə ilə bitir. Belə ki, ər evin damından yıxılaraq zəlil qalır. Qadın yenidən zülm və çətinliklər arasında çarpışır. Balalarına etdiyi insaniyyətsizlik onun gözünün qarşısına gəlir. Əgər o, balalarına sahib çıxsaydı, Allah onu mükafatlandırardı. O, çətinliklərin öhdəsindən gəlmək əvəzinə 4 uşağını atıb bir insana qoşulub qaçır. Filmin mövzusu sırf insaniyyətlikdir”.

Əli Novruzəliyev
Milli.Az

Facebook Şərhləndirmə:

“Sumqayıtlı aktrisa: “Məleykə çox zülm çəkir…”” yazısına bir cavab

  1. ilhame deyir:

    Xatire xanim cox istedadli aktrisadir.Inaniram ki.bu rolun da ohdesinden bacariqla gelib.

Şərhinizi yazın