Menu
Geri İrəli

Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2016 • Baxış sayı: 292 dəfə • Şərh yoxdur
15211779_1735957970057348_868481658_nSumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə keçirilən sərgidə ləzgi, talış, rus, belarus xalqlarının nümayəndələri öz məişət əşyalarını, zəngin mətbəxlərini və əl işlərini nümayiş etdiriblər.
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov və Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq sərgi ilə yaxından tanış olublar.
Sumqayıt İH başçısının müavini Teymur Səmədov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib. O, qeyd edib ki, multkultural dəyərlərə hörmət  Azərbaycan xalqının canında, qanındadır. Sumqayıtda son bir ildə görülən tikinti və abadlıq işlərinə diqqət çəkən Teymur Səmədov bildirib ki, bütün bu görülən işlər milliyyətindən asılı olmayaraq hər bir Sumqayıt sakininin rahatlığı, asudə vaxtının səmərəli təşkili üçündür. “Biz sumqayıtlı olmağımızla fəxr etməliyik” deyən natiq tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.
Daha sonra Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, bildirib ki, multkulturalizm, bir çox fərqli mədəniyyətin bir arada yaşaması deməkdir. Bu günkü tədbirdə biz bunun bariz nümunəsini gördük. Sumqayıt Dövlət Rəsm Qalereyasının bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran idarə rəisi belə tədbirlərin şəhər sakinləri arasında mədəniyyət sahəsinə marağın artmasına səbəb olduğunu vurğulayıb.
Sonda Sumqayıt Dövlət Rəsm Qareyasının direktoru Ellada Həsənova qonaqlara tədbirdə iştiraklarına görə təşəkkür edib.
Tədbirdə  “Dostluq” mədəniyyət evinin “Şahinlər” və C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs kollektivlərinin çıxışı,   Şəhər Mədəniyyət evinin “Veteran” xalq xorunun gənc müğənni Kamil Ağazadə ilə dueti, eləcə də Moskvada keçirilən Birinci Beynəlxalq Musiqi Festivalının II yer qalibi, “Suvar” xalq kollektivinin solisti Cəmilə Zalovanın, yetirmələri Alisa Məhsimova və Günay Vəlixanovanın ifasında ləzgi mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sumqayıt şəhər
Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti
Facebook Şərhləndirmə:

Şərhinizi yazın