“Mənim Sumqayıtım”adlı İntellektual yarış keçirildi

340

04 iyun 2019-cu il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş “Mənim Sumqayıtım”adlı Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, bu sahədə bilik və bacarıqlarını artırmaq, mövcud intellektual bazalarını genişləndirmək, sağlam elmi rəqabət mühiti yaratmaqdır.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov intellektual oyunun “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərini icra etmək, gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini vurğuladı. Qeyd olundu ki, ölkə gənclərinin tərkib hissəsi kimi Sumqayıt gəncləri də ölkə və şəhər rəhbərliyinin diqqət və qayğısı ilə tam əhatə olunmuş, onların hərtərəfli inkişafı üçün hər cür imkanlar yaradılmışdır. Bildirildi ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Baş İdarə tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmışdır və gənclərin elmi və yaradıcılıq fəaliyyətinə həvəsləndirilməsi, istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi istiqamətində tədbirlər üstünlük təşkil edəcəkdir.
Bilik yarışında şəhərin müxtəlif sahələrini təmsil edən ümumilikdə 48 nəfər olmaqla 8 komanda iştirak edib. Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda I yerə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz”, II yerə Sumqayıt Gənclər Evinin “Gənclik” komandaları, III yerə isə Sumqayıt Gənclər Klubu layiq görülmüşlər.
Qalib komandalar Baş İdarənin diplom, kubok, medal və hədiyyələri ilə təltif edilmiş, fasilə zamanı isə iştirakçılara çay süfrəsi təşkil edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər