Menu
Geri İrəli

74 milyardı olan Zukerberqin sadə həyat tərzi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 650 dəfə • Şərh yoxdur
Share Button

“Facebook”-un yaradıcısı Mark Zukerberqin 74 milayrd dollar sərvəti var və hər il bu rəqəm daha da artır.

AzVision.az xəbər verir ki, “Blumberg” indeksinə əsasən dünyanın ən zəngin 5-ci adamı olan Zukerberq dəbdəli həyat tərzindən uzaqdır.

“Giving Pledge” üzvü və “Chan Zuckerberg Initiative’in ortaq yaradıcısı olan Mark Zukerberq xeyriyəçiliklə məşğuldur.

“Silikon Vadisi”ndəki digər texnologiya liderləri kimi Zukerberq sadə geyimlərə üstünlük verir.

Gənc milyarderin istifadə etdiyi “Acura TSX” və “Honda Fit” avtomobillərinin qiyməti 30 min dollardır.

Zukerberq əldə etdiyi vəsaitlərin bir qismini daşınmaz əmlaka yatırır. 2011-ci ildə 7 milyon dollar dəyərində ev alan Zukerberq onun ətrafındakı 4 evə də 30 milyon dollar xərcləyib. Bunu etməkdə məqsədi isə həmin evləri söküb yenidən inşa etməkdir. O, San-Frasiskodakı evinin təmiri üçün isə 1 milyon dollar xərlcəyib.

Zukerberq çox az hallarda səyahət edir. Səyahətə çıxanda onun bütün xərclərini “Facebook” ödəyir.

2015-ci ildə Zukerberqin təhlükəsizlik və nəqliyyat xərci üçün “Facebook” 5 milyon dollar ödəyib. Bu il onun səyahət xərcləri bir qədər artacaq. Gənc iş adamı ABŞ-ın bütün əyalətlərini gəzmək niyyətindədir.

Zukerberq sərvətinin böyük hissəsini xeyriyyə işlərinə xərcləmək üçün “Giving Pledge”-ə üzv olub.

Zukerberq gələcək 18 ayda “Facebook”-dakı 12 milyardlıq hissəsini satmağı və bununla dünyadakı problemləri həll etməyi planlaşdırır.

O, sərvətinin bir hissəsini həyat yoldaşı Çan ilə birlikdə qurduğu “Chan Zuckerberg Initiative”ə yönləndəcək. Bu təşkilat təhsil, səhiyyə sahəsində mühüm işlər həyata keçirir.

Keçən il Zukerberq və Çan müalicəsi olmayan xəstəliklərin müalicə üsullarının tapılması üçün 3 milyard dollar xərcləyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın