Menu
Geri İrəli

77 mindən artıq sürücü buna görə cərimələnib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2017 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur
Share Button

surSon günlər təhlükəsizlik kameralarının avtomobil idarə edərkən kəmərdən istifadə etməyən sürücüləri qeydə alması və elektron protokol tərtib edilərək cərimələnmələri gündəmə gəlib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, kamera vasitəsilə protokollaşdırmanın sayının artması bu mövzunu müzakirəyə çıxarıb.

Ekspert Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hal ötən il qanunverciliyə əlavə edilib və 2016-cı il martın 1-dən qüvvədədir: “Bu kameralar sərnişinləri yox, yalnız sürücüləri qeydə alır. Bu pozuntunun tətbiqi isə yenilik deyil, elə həmin vaxtdan işləkdir. Hətta 2016-cı ilin may ayında belə halla qarşılaşa sürücülərdən mənə müraciət edənlər olmuşdu”.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya kameralar vasitəsilə kəmərdən istfadə etməyən sürücülərlə bağlı neçə protokol tərtib edilməsi ilə dair statistikanı açıqlayıb. Belə ki, 2017-ci ilin ilk 8 ayı ərzində 77 mindən artıq sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün cərimələnib: “Onlardan təxminən 3500-ü təhlükəsizlik kameraları vasitəsilə elektron formada protokollaşdırılıb”.

Qeyd edək ki, sürücü üçün təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 40 manatdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın