Menu
Geri İrəli

Abid Şərifov qəzəbləndi: “Onu deyən qələt edir!”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 402 dəfə • 1 şərh
Share Button

abidBakıda işləyən AA seriyalı taksilərin baş nazirin müavini Abid Şərifova məxsus olduğu haqda məlumatlar yayılıb. Bildirilir ki, bu taksilərin hamısının nömrəsi 55-dir və 55 isə Şəki nömrəsidir.
Məsələ həm mətbuatda, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub…

“Xəbərə görə, bu taksilər sürücülərə yalnız müqavilə əsasında verilir. Bəzi taksi şirkətləri gündəlik qazancı maşının pulu kimi hesablayırlar və müəyyən müddət tamam olduqdan sonra avtomobil sürücüyə qalır. Amma mənbəmiz deyib ki, bu qayda 55 nömrəli taksilərə aid deyil. Sürücü girov (və ya müəyyən miqdar pul) müqabilində taksini götürüb istifadə edir və gündəlik qoyulan haqqı verir”,-deyə “Yeni Müsavat” qəzeti də olaya şərh verib.
O da bildirilir ki, 55 nömrəli və AA seriyalı taksi Şərifovların Şəkidə qeydiyyata alınmış MMC-lərinə daxildir. Bu səbəbdən də Bakı nömrəsi deyil, Şəki nömrəsi ilə fəaliyyət göstərir. Xəbərdə iddia olunur ki, bu taksi sürücülərinin hamısına maşınların Abid Şərifovun biznesinə aid olduğu məlumdur. Amma xəbərdarlıq edilib ki, A.Şərifovun yüksək post tutması o demək deyil ki, sürücülər arxayın olub, qaydaları poza bilərlər…

Modern.az saytının əməkdaşı baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayaraq, ondan xəbərə münasibət öyrənməyə çalışıb.
Amma Abid Şərifovun xəbərə reaksiyası çox sərt olub.  Əməkdaşımıza acıqlı tonda cavab verən Abid müəllim bu haqda yazılanlara və xəbər yayanlara hiddətlənib.
“Onu yazan da, söyləyən də qələt edir”,- deyə əsəbiləşən Abid Şərifov telefonu qapadaraq, digər sualları cavabsız buraxıb…

Facebook Şərhləndirmə:
Share Button

“Abid Şərifov qəzəbləndi: “Onu deyən qələt edir!”” yazısına bir cavab

  1. Gulya deyir:

    Bir memur ki bu ifadeni isledir daha sozum yoxdu…

Şərhinizi yazın