Menu
Geri İrəli

“Access Bank” işçi axtarır – VAKANSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur
11.09.2017
164

“Access Bank” işçi axtarır – VAKANSİYA

“Access Bank” iOS Developer vəzifəsi üzrə işçi axtarır

Öhdəliklər:

  • objective-c, swift istifadə etməklə iOS qoşmalarının işlənib hazırlanması və dəstəklənməsi
  • İrəli sürülən tələblərin icrası üçün funksionalın və memarlıq həllərinin işlənib hazırlanması

Tələblər:

Mütləq tələblər:

  • Ali təhsil
  • Cocoa Touch, Objective-c, Swift, Cocoa pods, JSON, REST sahəsində mükəmməl biliklər.
  • Kənar kitabxanalarla iş təcrübəsi
  • Versiyalara nəzarət sistemləri (xüsusən, Git) ilə iş təcrübəsi
  • iOS qoşmalarının işlənib hazırlanması təcrübəsi
  • Ünsiyyətcillik, təfsilatlara qarşı diqqətcillik, texniki və digər məsələlərin həllini və həlli üçün ideyaları irəli sürmək bacarığı, analitik təfəkkür, komandada işləmək bacarığı

Arzu olunan tələblər:

  • Mobil platformalarla iş təcrübəsi
  • Linux ilə iş təcrübəsi
  • Azərbaycan və rus dilləri biliyi
  • Texniki sənədləri oxuyub başa düşəcək səviyyədə ingilis dili biliyi

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz

Facebook Şərhləndirmə:

Şərhinizi yazın