Menu
Geri İrəli

“Allah balaca Zəhraya rəhmət eləsin!” – Mehriban Əliyeva

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2017 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur
Share Button

mehriban_aliyeva“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!”

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın