Menu
Geri İrəli

ATƏT-in sədrindən Qarabağla bağlı – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2016 • Baxış sayı: 140 dəfə • Şərh yoxdur

14596051564826430019_1000x669

“Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil”.

Bunu İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, regionda hərbi əməliyyatların başlamasında artıq iki ay vaxt keçib: “Düşünürəm ki, hamı – təkcə münaqişə tərəflərinə deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Biz hesab edirik ki, münaqişə nə qədər çox davam etsə, hərbi əməliyyatların eskalasiyası riski bir o qədər artır”.

Ştaynmayerin sözlərinə görə, münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır.

“Mən yalnız onu deyə bilərəm ki, baş verən hadisələr təkrarlanmamalıdır. Biz təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını tapmalıyıq ki, atəşkəs rejimini sabitləşdirə bilək. Biz həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik”, – deyə Ştaynmayer bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın