Menu
Geri İrəli

Avtobuslarda gedişhaqqı qalxacaq? – RƏSMİ AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur
Share Button

avtobusBakı Nəqliyyat Agentliyi son dövrlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

BNA-dan Lent.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır: “Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın