Menu
Geri İrəli

Azərbaycana satılan “Polonez” raket sistemlərinin yeni sınağı: 300 kilometr…

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur
Share Button

polonezBu gün oktyabrın 26-da Belarusun Qomel vilayətində “Polonez” reaktiv yaylım atəşi sisteminin modernizə olunmuş variantının sınağı keçirilib. Virtualaz.org xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin saytı bildirir.

Xəbər verildiyi kimi Azərbaycanın Belarusdan “Polonez” sistemlərini almasına dair razılaşma əldə edilib. Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənovun bir neçə gün əvvəl Minskə səfəri zamanı danışıqlar aparılıb. Z.Həsənov “Polonez” sistemlərinə baxış keçirib. BMT-nin Adi Silahlara dair Reyestrində yer alan məlumata görə Azərbaycan ötən il silah alınması üçün Belarusa 180 milyon dollar ödəyib. Ehtimal olunur ki, bu “Polonez” sistemlərinin alınması üçün ödənilən avansdır.

Belarus Müdafiə Nazirliyi bildirir ki, “Polonez” raket sistemlərinin modernizə edilmiş versiyasının sınağı uğurlu keçib. Sistemdən buraxılan raketlər 300 kilometr məsafədə təyin olunmuş hədəfi yüksək dəqiqliklə vurub. Bundan əvvəl “Polonez” sistemlərinin təchiz olunduğu raketlər hədəfi 200 km. məsafədən vura bilirdi. Ötən il Belarus Müdafiə Nazirliyi raketlərin uçüş mənzilinin 300 km-ə qaldırılması üzərində işlərin getdiyini açıqlamışdı.

Bu günkü raket atışları zamanı raketlər əhalinin sıx yaşadığı yaşayış məntəqələri üzərindən uçub, nəticədə sistemin dəqiqliyinə dair əlavə tələblər qoyulub. “Raketlərin marşrutu yaşayış məntəqələri üzərindən keçib və bütün marşrut boyu uçuş korrektə edilib. Raketlər təyin olunmuş hədəfləri yüksək dəqiqliklə vurub və uçuş mənzilinə, dədiqliyə dair texniki xarakteristikanı tam təsdiq edib”-nazirliyin məlumatında deyilir.

Ehtimal edilir ki, “Polonez” sistemlərinin bu günkü sınağı zamanı Çin istehsalı olan, 301 mm kalibrli A200 raketlərinin modernizə edilmiş variantı istifadə edilib. Bu silah sisteminin işlənib hazırlanması və sınaqların keçirilməsinin bütün mərhələlərinin Azərbaycanın dəstəyi ilə baş verdiyi təxmin edilir.

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın