Menu
Geri İrəli

Azərbaycanda banka hücum edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2016 • Baxış sayı: 266 dəfə • Şərh yoxdur
58848Azərbaycanda bank filiallarından birində basqın edilib. Hadisə “Accessbank” QSC-nin “Beyləqan” filialında qeydə alınıb.
Tezis.az-ın məlumatına görə, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən “Accessbank” QSC-nin “Beyləqan” filialından “həyəcan” siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.
Bu zaman bankın “Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.
Rəhim Nəbiyev Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın