Menu
Geri İrəli

Azərbaycanda “Güzəştli mənzil” sistemi yaradılır – FƏRMAN

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2016 • Baxış sayı: 640 dəfə • Şərh yoxdur

Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanda qeyd olunur ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmalı və 2017-ci il mayın 1-dən tətbiq edilməlidir.

Fərmana əsasən, “Güzəştli mənzil” sistemi aşağıdakıları təmin etməlidir:

4.1. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu;

4.2. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq Cəmiyyətə göndərilməsini;

4.3. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1–6.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını;

4.4. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;

4.5. Cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını.

5. “Güzəştli mənzil” sisteminin təşkilini Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, fəaliyyətinin təmin olunmasını isə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir.

Fərmanla əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın