Menu
Geri İrəli

Azərbaycanda siqareti daha çox kimlər çəkir?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 45 dəfə • Şərh yoxdur

siqaret-756Azərbaycanda siqaret çəkənlər daha çox 45-64 yaşlı insanlardır.

Trend-in məlumatına görə, 2016-cı ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, 15 və yuxarı yaşda olan əhalinin 33,5 faizi siqaret çəkir.

Tədqiqat nəticəsində ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir) qiymətləndirilib.

Tədqiqata əsasən, 15- 19 yaşlı kişilərin 0,3 faizi, 20-44 yaşlı kişilərin 27,8 faizi, 45-64 yaşlı kişilərin 49,9 faizi, yaşı 65-dən çox olanların 34,5 faizi siqaret çəkir.

Qadınlar orta hesabla gündə 11, kişilər isə 15,5 ədəd siqaret çəkirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın