Menu
Geri İrəli

Bardakı qızı evinə gətirdi, 2 dostu ilə birgə yeyib-içdilər, sonra… – Ruslardan Bakıda DƏHŞƏTLİ ƏMƏL

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 630 dəfə • Şərh yoxdur
Share Button

mehkemeBakıda barda tanış olduğu qadını öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

İttihama görə, qətl hadisəsi bu il iyununda Xətai rayonu NZS qəsəbəsi, Y.Səfərov küçəsi, ev 2, mənzil 4-də baş verib. Hadisə baş verən gün İlahə Şahbazova ilə Sergey Vorobyov birlikdə spirtli içki qəbul ediblər.

İlahənin onun çox içməsinə irad tutması aralarında narazılıq yaradıb. Mübahisə zamanı İlahə Şahbazova bıçaqla Sergeyə xəsarət yetirib. Sergey bıçağı alaraq qadının ürək nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən İlahə Şahbazova hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində dindirilən Sergey Vorobyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Onun sözlərinə görə, tanış olan zaman İlahə adının Arzu olduğunu deyib: “Həmin vaxtdan bizə gəldi, bir yerdə yaşamağa başladıq. Özünün dediyinə görə, bir oğlana qoşulub qaçıb, uşağının hazırda 15 yaşı var, əri isə iki il əvvəl rəhmətə gedib. Hadisə baş verən gün uşaqlıq dostum Yuliya ilə tanışım Viktor bizə gəlmişdilər. Yuliyanın verdiyi 20 manat pulla marketdən araq və digər ərzaq məhsulları alıb gətirdik. Birlikdə yeyib-içdik. İlahə Yuliyayla səmimi görüşməyimi mənə irad tutdu. Dedim ki, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil”.

Sergey Vorobyov qonaqları yola salandan sonra yenidən içməyə davam edib: “İlahə çox içməyimə irad bildirdi. Bıçaqla boğazımdan vurmaq istədi, başımı geri çəkdim, sinəmə zərbə vurdu. Əlini burdum, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm döşəmənin üstündəyəm. Köynəyim qan içindəydi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, meyiti xalçaya büküb və otaqda gizlədib: “Meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı”.

Zərərçəkmiş şəxs qismində dindirilən Telman Bağırov ifadəsində İlahənin ərindən ayrıldığını, bir övladı olduğunu deyib: “Əxlaqsız hərəkətlərlə məşğul olduğuna görə əri ondan ayrılmışdı. Qardaşları onu evə gəlməyə qoymurdu. Oğlu da əmisinin yanında yaşayır. Onun nə işlə məşğul olduğunu, harada yaşadığnı bilmirik, onunla heç kim maraqlanmırdı”.

Daha sonra şahid qismində ifadə verən Viktor Çikonov bildirib ki, hazırda inzibati həbsdədir. Onun sözlərinə görə, inzibati qaydada ona 20 sutka həbs verilib, 8 günüdür həbsdə saxlanılır.

Viktor Çikonov deyib ki, sevgilisi olmuş Yuliya ilə qətlə yetirilən Arzugilə qonaq gedib: “Həmin gün Yuliya ilə görüşdük. Anası evdə idi, yeyib-içmək istədik, lakin yer tapmırdıq. Bu zaman Yuliya dedi ki, Arzugilə gedək. Getdik, çox kasıb yaşayırdılar. Evdə yeməyə heç nə yox idi. Yuliya Arzuya 20 manat verdi. Gedib yemək, araq aldılar. Biz oturub yeyib-içdik. Gecə saat 2 olardı. Yuliyaya dedim ki, gəl səni evə aparım. O da mənimlə birıikdə getdi”.

Viktor Çikonov qeyd edib ki, Sergeyin bundan qabaq yaşadığı qadın da ölüb: “Arzudan əvvəl Sergeyin yaşadığı qadın da ölüb. Daha sonra o, Arzu ilə barda tanış olub və evə gətirərək birlikdə yaşamağa başlayıblar. İndi birinci qadın da öldü, Arzu da, yenə tapsa onu da qətlə yetirəcək”.

Hakimlərin suallarına cavab verən şahid bildirib ki, yeyib-içdikləri gün qadınların arasında heç bir lezbiyanlıq halı olmayıb: “Bu barədə kim deyirsə, səhv danışır, belə şey olmayıb”.

Təqsirləndirilən şəxs şahidin ifadəsinə etirazını bildirib və onu İlahəni öldürməkdə ittiham edib: “Həmin vaxt məni də bıçaqlamısan. Bizim davamız məhz elə qızların bir-birini qucaqlaması üstündə oldu. Bu mənə xoş gəlmədi. Ona görə mübahisə yarandı. Sonrasını xatırlamıram. Gözümü açanda bıçaqlanmışdım. Arzu isə öldürülmüşdü”.

Növbəti proses noyabrın 2-də davam edəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın