Menu
Geri İrəli

Cəfər Quliyev : `Elə biliblər ölmüşəm…`

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2016 • Baxış sayı: 741 dəfə • Şərh yoxdur

cefer“Kimlərsə sağ olduğumu bilərək haqqımda ölüm xəbəri yayıblar. Mən yaşlı insanam, ayıb deyilmi? Səhər açılandan dost-tanış, qohumlar zəng edirlər. Hamı narahat olub”.

Bunu AzVision.az-a açıqlamasında bir neçə gün öncə 35 yaşlı qadının ölümü ilə gündəmə gələn Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının sabiq həkimi Cəfər Quliyev dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“İşdən ayrılandan sonra bağda yaşayıram. Telefonuma dayanmadan zənglər gəlir. Hamı narahat olub. Elə biliblər ölmüşəm. Bu mənə qarşı haqsızlıqdır. Mən xalqın həkimi olmuşam. İnsanlara təmənnasız xidmət etmişəm. Haqqımda belə məlumatları yayanlar özləri xalqa güldürür”.

Qeyd edək ki, 81 yaşlı həkim 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızının ölümündə təqsirli bilinərək işdən azad edilmişdi.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın