Menu
Geri İrəli

Davudoğlu istefa verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2015 • Baxış sayı: 359 dəfə • Şərh yoxdur
davudoqlu2Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Davudoğlu özü açıqlama verib.
“Prezidentimiz bu günə qədər göstərdiyim xidmətlərdən dolayı təşəkkürünü bildirdi. Yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəmin icrasını davam etdirməyimi istədi”, deyə Davudoğlu bildirib.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın