Menu
Geri İrəli

Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı – ADLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2017 • Baxış sayı: 506 dəfə • Şərh yoxdur
Share Button

4904eb099153dd3ff8d528c06d13c890Hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var. Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb.

Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.

“Zaur Naxçivanski”, “Tolik Noqinski”, “Albert Piterski”, “Rüfət Gəncinski”, “Emin Hacıqabulski”, “İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. “Lotu Quli” isə Azərbaycanda cəza çəkir.

İki nəfər “Rəşad Gəncinski” və “Yusif Şamxorski” Rusiya, “Rafət Əlibayramlinski” isə Azərbaycan tərəfindən axtarışa verilib.

“Yunus Yasamalski”, “Namiq Bakinski” (“Lotu Quli”nin qardaşı), “Hacı Beyləqanski”, “Ceyhun Gəncinski”, “Vaqif Diplomat”, “Arif Sumqaitski”, “Dato (Cavid) Ağcabədinski” isə azadlıqdadır.

Azərbaycanlı “qanuni oğru”ların arasında ən yaşlıları “Yunus Yasamalski” və “Arif Sumqaitski”dir. Onların hər ikisinin 56 yaşı var.

Ən gənc “qanuni oğru”lar isə “Dato Ağcabədinski” və “Zaur Naxçivanski”dir. Onlar 1985-ci il təvəllüdlüdürlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın