Menu
Geri İrəli

Dünyanın ən yaxşı universitetlərinin SİYAHISI – Azərbaycan minlikdə yoxdur

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2015 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

6960df0a7fb638756d687fc0c76a0fb7Dünya Universitetlərinin Reytinq Mərkəzi (cwur.org/2015) iyulun 17-də dünyanın ən yaxşı 1000 universitetinin siyahısını açıqlayacaq. Lent.az-ın məlumatına görə, Azərbaycanın heç bir universiteti bu siyahıya düşməyib.

Siyahı isə belədir:

İlin ən yaxşı 10 universiteti: Harvard, Stanford, Massaçusetts Texnologiya İnstitutu, Kembric, Oksford, Columbiya, Berkli, Çikaqo, Prinseton və Cornell.

Avropanın ən yaxşı 5 universiteti: Kembric, Oksford, Sürix Texnologiya İnstitutu, London Kollec Universiteti və İmperial Kollec.

Asiya və Sakit okean ölkələrinin 5 ən yaxı universiteti: Tokiyo, Kyoto, Yerusəlim Hebrev Universiteti, Seul Milli Universiteti və Keio Universiteti.

Ən yaxşı 5 BRICS universiteti: Pekin Universiteti , Moskva Dövlət Universiteti, Tsinghua Universiteti, Sao Paulo Universiteti və Vitvatersrand Universiteti.

Minliyə düşmüş digər universitetləri isə bunlardır: ABŞ (229), Çin (83), Yapon (74), Böyük Britaniya (65), Almaniya (55), Fransa (49), İtaliya (47), İspaniya (40), Cənubi Koreya (36), Kanada (33), Avstraliya (27), Tayvan (21), Braziliya (18), Hindistan (16), Niderland (13), Avstiya (12), İsveç (11), Belçika (10), Türkiyə (10), Finlandiya (9), Polşa (9), İsveçrə (9), İran (8), İrlandiya (8), Yunanıstan (7), İsrail (7), Portuqaliya (7), Honq Konq (6), Macarıstan (6), Yeni Zenlandiya (6), Çex Respublikası (5), Danimarka (5), Norveç (5), Rusiya (5), Cənubi Afrika (5), Cili (4), Misir (4), Səudiyyə Ərəbistanı (4), Argentina (3), Malayziya (3), Tailand (3), Kolumbiya (2), Meksika (2), Rumıniya (2), Sinqapur (2), Sloveniya (2), Bolqarıstan (1), Xorvatiya (1), Kipr (1), Estoniya (1), İslandiya (1), Livan (1), Litva (1), Puerto Riko (1), Serbiya (1), Slovakiya Respublikası (1), Uqanda (1), Birləşmiş Ərəb Əmirlikləri (1), and Uruqvay (1).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın