Menu
Geri İrəli

DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərəxəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2017 • Baxış sayı: 482 dəfə • 1 şərh

75355e7220b6eb4254a9bb9d5d087723Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan “İnstagram” və “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov AzVision.az-a bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir.

“Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu. Ona görə də sükan arxasında olan hər kəs diqqətli olmalıdır. Telefonla danışmaq, əllərini sükandan buraxmaq, hətta yanında əyləşən sərnişinlə söhbət etmək inzibati xəta tərkibi yaradır və sürücü məsuliyyə cəlb olunur. Sürücü avtomobili idarəedən zaman canlı yayıma çıxırsa, bu yolverilməzdir, bunu edənlər məsuliyyətə cəlb edilməlidir”-deyə V.Əsədov vurğulayıb.

DYP rəsmisi vurğulayıb ki, avtomobil idarə edərkən canlı yayım edən sürücülər aşkar edildikdə, onlara qarşı cərimələr tətbiq edilir.

Facebook Şərhləndirmə:

“DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərəxəbərdarlıq” yazısına bir cavab

  1. niko deyir:

    cerimeni cox elemek lazimdir.Ozleri bir wey olmasada bawqalarina zerer vere bilerler.

Şərhinizi yazın