Menu
Geri İrəli

Erməni ekspert: “Azərbaycan iyun ayında müharibəyə başlayacaq, çünki…”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2016 • Baxış sayı: 402 dəfə • Şərh yoxdur
muharibe“Düşünürəm ki, yayda Azərbaycan müharibəyə başlayacaq, amma bu hərbi əməliyyat genişmiqyaslı olmayacaq”.
BAKU.WS-in məlumatına görə, bunu hərbi ekspert Ara Papyan jurnalistlərlə görüşdə bildirib. Onun sözlərinə görə, 17 – 18 iyunda Azərbaycanda “Formula-1″ yarışı keçirəcək və 7 – 8 iyulda Vaşinqtonda NATO-un sammiti gözlənilir:
“Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsini sammitin gündəliyinə sala bilmək üçün müharibəyə başlayacaq. Biz “Formula-1″in keçirməsində Azərbaycana mane olmayacağıq, amma onlar Ermənistana Roma Papasının səfərinə mane olacaqlar”, – deyə Papyan söyləyib.
Onun sözlərinə görə, Azərbaycan erməni tərəfinə sarsıdıcı zərbələr vurmaq üçün 3-4 günlük müharibə edəcək: “Rusiya üçün müharibə, Qarabağı Azərbaycana vermək və beləliklə bu ölkəni Avrasiya İqtisadi İttifaqına daxil etmək üçün əla fürsətdir. Rusiyanın digər bir hədəfi Ermənistanı özünə daha çox bağlı saxlamaqdır”, – deyə Ara Papyan qeyd edib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın