Menu
Geri İrəli

İlhamə Quliyevanın mirası kimindir? – mübahisə bitdi

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2016 • Baxış sayı: 384 dəfə • Şərh yoxdur

ilhame_quliyeva_0124Mərhum İlhamə Quliyevanın hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə mirasın bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb”.

sumqayitxeber.com  axşam.az-a istinadən xəbər verir ki, bunu mərhum xalq artisti İlhamə Quliyevanın yaxın qohumu müğənni Əli Mirəliyev deyib.

O, İlhamə Quliyevanın mirasının hüquqi varisləri haqqında danışarkən “oğulluğu Orxan İlhamənin heç nəyidir” deyib.

Ə.Mirəliyevin sözlərinə görə, məhkəmənin qərarından sonra varislik və miras iddiasına son qoyulub.

“Orxan İlhamə Quliyevanın heç nəyidir. Mən isə İlhamə Quliyevanın dayısının kürəkəniyəm. Məsələn mən o işdə kiməm ki, mirasa iddialı olum…

İlhamə Quliyeva sadəcə olaraq mənə inanırdı və məni çox istəyirdi. Amma bu o demək deyil ki, mən mirasa hüquqi varis olmalıyam. Hər inanılan adam varis ola bilməz. Hüquqi varislik statusu İlhamənin bacılarındadır”, – deyə Əli Mirəliyev bildirib.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı qopmuşdu.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın