Menu
Geri İrəli

İzzət Bağırovun cangüdəni həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 67 dəfə • Şərh yoxdur
Share Button

izzetAxar.az-ın məlumatına görə, Nizami rayon Məhkəməsinin qərarı ilə İzzət Bağırovun köməkçisi Elçin Cabbarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 31 avqust tarixində “Neolit” restoranında təşkil edilən məclisdə iştirakçı olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənni İzzət Bağırovun Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər.

Ad günü məclisində davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar əlbəyaxa olublar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın