Menu
Geri İrəli

Leyla Əliyeva Fransa prezidenti ilə görüşdü – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2015 • Baxış sayı: 384 dəfə • Şərh yoxdur

14495523793678956304_1000x669Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP-21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə COP-21 Konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın