Menu
Geri İrəli

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi – Dəqiq vaxt

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2017 • Baxış sayı: 97 dəfə • Şərh yoxdur
Share Button

lutviLütfi Zadənin nəşi sentyabrın 29-da günorta saatlarında Bakıda olacaq.

Bunu Publika.az-a açıqlamasında Lütfi Zadə ailəsinin dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.

O bildirib ki, artıq bu gün nəşi Los Ancelesdən yola salınacaq:

“Artıq morqdan mənə məlumat verilib. Saat fərqinə görə, orada hələ gecədir. 26-sı səhər Lütfi Zadənin nəşi yola salınacaq. Onun Bakıya çatacağı vaxt barədə məlumat verilib. Həmin məlumatı Los Ancelesdəki konsulluğa, Azərbaycan Hökümətinə bildirmişəm. Bundan sonra görüləcək tədbirlər yerli qurumların səlahiyyətindədir”.

Lütfi Zadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görkəmli alimlə vida mərasiminin keçiriləcəyi tarix məlum deyil. Bu barədə məlumat olan kimi açıqlama veriləcək.

Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 5-da 96 yaşında Kaliforniyada vəfat edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın