Menu
Geri İrəli

Maşın bazarında canlanma var

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur

masin-bazariBölgələrdəki bəzi maşın bazarlarında canlanma müşahidə olunur. Alıcilar əsasən Rusiya istehsalı olan avtomobillərə üstünlük verirlər. Bəzi bölgələrdə isə durğunluq yaşanır.

sumqayitxeber.com xezerxeber.com-a istinadən bildirir ki, bu hal xüsusilə Bərdədə yerləşən maşın bazarında müşahidə olunur. Alıcılar isə əsasən Rusiya istehsalı olan və qiyməti 3-5 min manat arasında dəyişən avtomobillərə üstünlük verirlər. Həm satıcılar, həm də alıcılar bu maşınların daha sərfəli olduğunu deyirlər.

Satıcılar son günlərdə avtomobillərin qiymətində artım olduğunu da bildirirlər.

Gəncədəki bazarda isə durğunluq yaşanır. Lakin burada da daha çox Rusiya istehsalı olan avtomobillər satılır. Satıcılar qiymətlərin dəyişmədiyini, lakin müştəri tapmaqda da çətinlik çəkdiklərini deyirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın