Menu
Geri İrəli

“Maşın şou”dan çıxan Səidə Sultandan İTTİHAMLAR: “Bəzi kişilər mənimlə…”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 1,139 dəfə • Şərh yoxdur
Share Button

1cec7d98b31075a5c3ae6992a70f1d33Ötən gün səs toplamayaraq “Maşın şou”dan uzaqlaşdırılan müğənni Səidə Sultan təəssüratlarını bölüşüb.

Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, özü yarışdan çıxmaq istəyirmiş: “Dünən səsvermədə olmağı heç gözləmirdim. Mən də oradakılar kimi xəbərdarlıq edə bilmədim ki, hazır olun. Bu, bir mübarizədir. Oyunumu oynayıb, qalib olmuşam. Murad Dadaşov sayəsində çox şey qazandım. İtirmədim ki… Oyunumu da təmiz və dürüst oynadım. Mənə dəstək olan bütün insanlara təşəkkürlər. “Getsinə” səs göndərənlərə də xüsusi təşəkkürlər. Çıxmağım ən məsləhətlisi idi. Bir az da qalsaydım, dəqiq bilirəm ki, dəli olacaqdım. Orada dürüst insan tapa bilmədim. Hamı bir-birindən xoflu gəzir. Bəzi kişilər də, elə bil, mən kişi idim, mənimlə başa-baş gedirdilər. İnsanlardan o sevgini qazandım. Orada olan bəziləri görək nə qazanacaqlar. Kiminsə sayəsində yox, özləri nəsə qazansınlar”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın