Menu
Geri İrəli

Mərkəzi Bankda təcili toplantı – Kreditlərin taleyi müzakirə olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2015 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

merkezi-bankBu gün Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin kommersiya banklarının İdarə Heyətinin sədrləri ilə görüş keçiriləcək.

fins.az  xəbər verir ki, bankirlər qurumun baş direktoru Rəşad Orucovla görüşəcək.

Görüşdə milli valyutanın “üzən məzənnə” rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunacaq.

AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli paya malik olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub. Görüşün nəticəsi olaraq ölkənni bank sektorundakı gərginliyini azaldılması ilə bağlı tədbirlər hazırlana bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın