Menu
Geri İrəli

Məşhur gimnastımızdan şok qərar – Karyerasını bitirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 460 dəfə • Şərh yoxdur

1496824857-1007Azərbaycan millisinin gimnastı Marina Durunda karyerasını bitirdiyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, o “İnstagram” hesabında bu barədə məlumat yayıb.

20 yaşlı Durunda ölkəmizə təşəkkür edib: “Hər şeyə görə təşəkkür edirəm, səni çox sevirəm, Azərbaycan. Daima qəlbimdə qalacaqsan. Bütün məşqçilərimə, xareoqraflara, həkimlərə və üzərimdə əməyi olanlarla “sağ olsunlar” deyirəm. Siz olmasanız, həyatda uğur qazana bilməzdim. Hamınızla ayrı-ayrılıqda görüşüb təşəkkür edə bilmədiyim üçün üzürlü hesab edin. Yenidən görüşmək ümidi ilə”.

Marina ölkə başçısı İlham Əliyeva və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “Ölkə başçısı İlham Əliyevə, xanımı, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevaya təşəkkür edirəm. Ölkədə mənim üçün hər cür şərait yaradılmışdı. Bütün bunları unutmayacam. Sizinlə belə vidanı heç gözləmirdim. Ürəkağrısı ilə gedirəm”.

Elsevər

 










Facebook Şərhləndirmə:

Şərhinizi yazın