Menu
Geri İrəli

“Metroda bu hərəkəti etməyin: 50 manat cərimə olunacaqsınız

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2017 • Baxış sayı: 405 dəfə • Şərh yoxdur
Share Button

metro“Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin var”.

sumqayitxeber.com-un məlumatına görə, bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, gün ərzində metrodan 700 mindən çox sərnişin istifadə edir: “Xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir”.

N.Paşayevin sözlərinə görə, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər: “Başa düşürük ki, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdı ki, qapı saxlamaq çıxış yolu deyil”.

Şöbə rəisi qeyd edib ki, qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulub: “Bu məsələyə polis nəzarət edir”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın