Menu
Geri İrəli

Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək – YENİ QAYDA

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 158 dəfə • Şərh yoxdur
Share Button

Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək.

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: “Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydalar tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək.

Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək”.

M. Qurbanlı vurğulayıb ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlaması məqsədi daşıyır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın