Menu
Geri İrəli

Müəllimləri onu pulsuz hazırladı – 692 bal yığdı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2016 • Baxış sayı: 2,078 dəfə • 1 şərh

13626510_1047423471961752_3873317182297112538_nBakıda 692 bal toplayan abituriyentin həyatı sosial şəbəkələrdə böyük marağa səbəb olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Məğrur Əli Polad paylaşıb.

O qeyd edib ki, Ağdamdan məcburi köçkün olan Aynur Babayevanın ailəsi Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıb:

“Ata-anası işləmir, maddi cəhətdən çox imkansızdırlar. Dərslərini yaxşı oxuduğu üçün təhsil aldığı Binəqədi rayonu 314 nömrəli orta məktəbdəki müəllimləri Asif Salmanov (“Azərbaycan dili – Ədəbiyyat ), Ramal Əliyev (tarix), Maral Rzayeva (riyaziyyat) və Ruslan Nuriyev (ingilis dili) sözü bir yerə qoyaraq, onu təmənnasız şəkildə qəbul imtahanına hazırlaşdırıblar. Aynur da cəmi 1 suala səhv cavab verərək, topladığı 692 balı müəllimlərinə hədiyyə edib”.

Facebook Şərhləndirmə:

“Müəllimləri onu pulsuz hazırladı – 692 bal yığdı” yazısına bir cavab

  1. ayka deyir:

    halal olsun. Muellimlerin de Allah evezin versin

Şərhinizi yazın