Menu
Geri İrəli

Nardaranda şəhid olan polislər dəfn edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2015 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

119277_srcBu dəqiqələrdə Bakıdakı II Fəxri Xiyabanda dünən Nardaranda radikal dindarlarla toqquşmada qəhrəmancasına şəhid olan polis mayoru Vüqar Nəsibovun və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilir.

Virtualaz.org saytının hazırda II Fəxri Xiyabanda olan reportyor qrupu xəbər verir ki, dəfn mərasiminə çoxlu sayda mülki və polis formasında hüquq-mühafizə orqanlarının əməkdaşları qatılıb. Ərazidə güclü polis nəzarəti var.

Müxbirlərimiz bildirirlər ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin Əsgərov və Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov da dəfn mərasimində iştirak edirlər.

Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.

Əlavə məlumat veriləcək.

Fatimə Kərimli

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın