Menu
Geri İrəli

NATO-Rusiya münasibətləri gərginləşir – Arzu Nağıyev

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

arzu nagiyev“Təbii ki, baş verən hadisədən sonra Türkiyə-Rusiya münasibətləri gərginləşəcək.”

Bunu SalamNews-a açıqlamasında politoloq Arzu Nağıyev Türkiyə HHQ tərəfindən radikal terror qruplaşmalarının mövqelərini bombalayan Rusiya təyyarəsinin vurulmasına münasibət bildirərkən deyib.

Politoloq açıqlamasının davamında deyib: “Bu artıq görünür. Rusiyada Türkiyə səfirliyi qarşısında mitinq təşkil edilir, turizm təşkilatları Türkiyə ilə əlaqələri kəsməyə hazırlaşır. Bundan başqa hərbi sahədə əməkdaşlıqlar dayanır. Artıq bir sıra rus siyasətçiləri Türkiyə prezidentini və hətta onun ailəsini İŞİD-lə gizli biznes münasibətlərində günahlandırırlar. Buna görə də münasibətlər müsbət məcrada inkişaf etməyəcək. Burada əsas məqam Rusiya-Türkiyə münasibətləri kimi qələmə verilsə də, əslində NATO-Rusiya münasibətləri gərginləşir. Məlumdur ki, Əsədin verdiyi koordinatlar əsasında Rusiya təyyarələri və raketləri bu əraziləri vurur. Məqsəd də, guya, sərhəddən keçən qaçaqmalın qarşısını almaqdır. Əslində isə burada yaşayan türkmənlər İŞİD-ə qarşı mübarizə aparan və Əsədə müxalif olan qüvvələrdir. Əsəd də bu yolla onları məhv etməyə çalışır. Rusiya isə öz növbəsində Əsədi müdafiə edir və müxalifəti də vurur, təbii ki, Türkiyə də türkmənləri müdafiə edir və bununla bağlı dəfələrlə beynəlxalq təşkilatları və Rusiyanı xəbərdar edib. Təyyarənin vurulması da bunun məntiqi nəticəsidir. Türkiyə və Rusiya yəqin ki, bu məsələnin araşdırılmasından sonra öz nəzərdə tutduqları meqa layihələrlə bağlı danışıqları davam etdirə bilərlər. Lakin bu gün vəziyyət gərgin olaraq qalır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın