Menu
Geri İrəli

Novxanı çimərliyində 2 qardaş boğularaq öldü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2017 • Baxış sayı: 515 dəfə • Şərh yoxdur
Share Button

d9ffb08eb3292c7b79ae77948a7dd64bAğstafa sakinləri Xəzər dənizində boğulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında  Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər  ailəsi  axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

Onların sudan  çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon  Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın